"Xızı-Abşeron" KES-in tikintisi ilə bağlı yenilənmiş İnvestisiya müqaviləsi təsdiqlənib

image

2024-cü il 29 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi” təsdiq edilib.

Renewables.az President.az saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən (2024-cü il 27 aprel) qüvvəyə minib.

Sənəd “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamının icrası ilə əlaqədar imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *