Birinci rübdə Naxçıvanda elektrik enerjisi istehsalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 92,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 mln. kVt-saat və ya 5 faiz çoxdur.

Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 15,4 mln. kVt-saat, günəş elektrik stansiyalarında 12,2 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *