Tokio hava limanında günəş fotovoltaik stansiyası tikiləcək

image

Yaponiyanın qaz tədarükçüsü "Tokyo Gas" Tokionun Narita Beynəlxalq Hava Limanında 180 MVt gücündə günəş elektrik stansiyası tikməyi planlaşdırdığını açıqlayıb.

"Renewables.az" "pv-magazine" saytına istinadən xəbər verir ki, stansiya 200 hektar ərazidə tikiləcək. Artıq panellərin quraşdırılacağı ərazi müəyyən olunub.

Bildirilib ki, ilk 75 MVt 2030-cu ilin sonuna qədər, qalan 105 MVt isə 2045-ci ilin sonunadək istismara veriləcək. Stansiya Narita hava limanının ümumi enerji tələbatının təxminən 40 faizini ödəyə biləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *