Vyana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovun “Total Energies” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşü olub.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, ümumi gücü 500 MVt olan günəş və külək layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycanın “yaşıl enerji” kursunun həyata keçirilməsində “Total Energies” ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu aspektdə, 250 MVt gücündə külək, Naxçıvanda 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsinin “yaşıl enerji” əməkdaşlığına töhfə verəcəyi qeyd edilib.
Rəylər (0):