Fransanın "TotalEnergies" şirkəti İraqın cənubunda 1000 MVt gücündə günəş elektrik stansiyası tikəcək.
Renewables.az Rudaw nəşrinə istinadən xəbər verir ki, bununla bağlı İraqın milli investisiya komissiyası Fransa şirkəti ilə investisiya müqaviləsi imzalayıb.
Bildirilir ki, istehsal olunacaq elektrik enerjisi ümumi şəbəyə ötürüləcək və 350 min evin təmiz enerji ilə təminatına töhfə verəcək.
Qeyd edək ki, stansiya Bəsrə şəhərinin ərazisində inşa olunacaq.
Rəylər (0):