"TotalEnergies" Liviyada 500 MVt gücündə günəş elektrik stansiyası inşa edəcək

image

Fransanın "TotalEnergies SE" neft və qaz qrupu, Liviyanın elektrik şirkəti GECOL və Liviyanın Bərpa Olunan Enerji Agentliyi (REAoL) ölkənin şimalında 500 MVt gücündə günəş elektrik stansiyasının tikintisinin başlanması münasibətilə mərasim keçirib.

"Berpaolunanenerji.az" GECOL-un ötən həftə verdiyi press-relizə istinadən xəbər verir ki, stansiya Əs-Səddad bölgəsində tikiləcək.

Yerli mətbuatın məlumatına görə, stansiyada təxminən 1,2 milyon günəş paneli quraşdıracaq.

Qeyd edək ki, ötən il "TotalEnergies" və GECOL Liviyada 500 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə dair anlaşma memorandumu imzalayıb. Liviya elektrik enerjisi istehsalında bərpa olunan enerjinin 22 % payına nail olmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *