TotalEnergies Qazaxıstanda 600 MVt-saatlıq enerji saxlanc sistemi ilə 1 QVt-lıq quruda külək elektrik stansiyası quracaq

image

TotalEnergies Qazaxıstanda 600 MVt-saatlıq enerji saxlanc sistemi ilə 1 QVt-lıq quruda külək elektrik stansiyası quracaq.

Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, bununla bağlı Enerji Alqı-Satqı Müqaviləsi (PPA) imzalanıb.

Mirnı külək layihəsinə təxminən 1,4 milyard dollar investisiya yatırılacaq, stansiyada istehsal olunacaq elektrik enerjisi 1 milyon ev təsərrüfatının enerjisini təmin edəcək.

Müqavilə Astanada TotalEnergies-in filialı olan Total Eren ilə FSC arasında, TotalEnergies-in sədri və baş direktoru Patrik Pouyanne və Qazaxıstan Respublikasının enerji və mineral ehtiyatlar naziri Almasadam Satkaliyevin iştirakı ilə imzalanıb. “TotalEnergies” şirkəti “Mirnı” layihəsini Samruk-Kazyna Milli Sərvət Fondu və layihədə hər biri 20 % paya malik olan “KazMunayQaz” Milli Şirkəti ilə birgə inkişaf etdirəcək.

Təxminən 200 turbindən ibarət olacaq Mirnı layihəsi Qazaxıstanda indiyə qədər həyata keçirilən ən böyük külək enerjisi təşəbbüsüdür. Həm Qazaxıstan, həm də Fransa hakimiyyət orqanları tərəfindən dəstəklənən layihə, Qazaxıstan Hökumətinin 2030-cu ilə qədər elektrik enerjisinin 15 %-ni bərpa olunan mənbələrdən əldə etmək hədəfinə güclü töhfə verəcək, hər il təxminən 3,5 milyon ton CO2 emissiyasının qarşısını alacaq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *