Türkiyə geotermal enerjinin qoyuluş gücünə görə Avropada birincidir

image

Qlobal geotermal enerjinin qoyuluş gücündə 11,5 faiz paya sahib olan Türkiyə dünyada dördüncü, Avropada isə birincidir.

“Berpaolunanenerji.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, ölkədə geotermal enerjinin qoyuluş gücü bu ilin iyul ayının sonunda 1 650 MVt, stansiyaların sayı isə 63 olub.

Geotermal enerji gücü 2006-cı ildə 82 MVt, 2007-ci ildə 170 MVt, 2013-cü ildə 311 MVt, 2015-ci ildə 624 MVt, 2016-ci ildə 821 MVt, 2017-ci ildə 1 064 MVt, 2018-ci ildə 1 282 MVt, 2019-cu ildə 1 514 MVt təşkil edib.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesabatına görə, Türkiyə 2020-ci ildə 1 613 MVt güclə dünyada dördüncü, Avropada birinci olub.

Dünyada isə qoyuluş gücünə görə ABŞ birinci (2 587 MVt), İndoneziya ikinci (2 231 MVt), Filippin üçüncü (1 928 MVt) sıradadır.

Qeyd edək ki, Türkiyədə geotermal enerjinin payı ümumi elektrik enerjisinin qoyuluş gücündə 1,65 faiz; bərpaolunan enerjidə isə 3,17 faizdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *