Türkiyənin Konya ərazisində 10 MVt gücündə üzən günəş elektrik stansiyası inşa ediləcək.
“Berpaolunanenerji.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sistem Bozkır gölü üzərində, eyniadlı su elektrik stansiyasına yaxın inşa ediləcək.
Stansiya ildə 15,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək.
Rəylər (0):