Türkiyədə alimlər daha səmərəli günəş paneli modeli hazırlayıb

image

Türkiyənin Abdullah Gül Universitetinin tədqiqatçıları günəş panelinə kiçik günbəz formalı qabarıqlar əlavə etməklə 33-66 faiz daha çox səmərəliliyə nail olublar.

Renewables.az Startup Teknoloji portaləna istinadən xəbər verir ki, günəş şüası "yeni dizayn"a fərqli bir bucaq altında düşdükdə daha yaxşı səmərəlilik verir. Buna görə də günəş panelləri gün ərzində tez-tez müxtəlif bucaqlarda təxminən 15º-40º aralığında əyilir. Alimlər günəş panelinin səthinə çoxlu kiçik günbəzşəkilli kvars elementlərinin əlavə edilməsi ilə onun daha çox işıq şuası toplamasına və daha çox enerji istehsal etməsinə şahid olublar.

Alimlər günəş panellərinə günbəz formalı çıxıntılar əlavə etməyin onun səmərəliliyini necə artıra biləcəyinə dair geniş modelləşdirmə aparıblar. Tədqiqatda alüminium təbəqə və substrat üzərində aktiv təbəqə kimi üzvi polimer P3HT:ICBA istifadə edərək hazırlanmış və şəffaf indium qalay oksidi təbəqəsi ilə qorunan fotovoltaik elementlərdən istifadə edilib. Bu çoxqatlı struktur bütün günəş paneli boyunca qorunub saxlanılır. Elm adamları hələ belə günəş elementlərinin fiziki versiyalarını yaratmayıblar, lakin həqiqətən də bu qədər effektiv olduqları sübut olunarsa, onların araşdırması günəş enerjisinin inkişafına əhəmiyyətli təsir edə bilər.

Tədqiqat "Journal of Photonics for Energy" jurnalında dərc olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *