Türkiyədə aqro günəş elektrik stansiyaları qurulacaq

image

2024-cü ildə Türkiyənin Kayseri bölgəsində 1, Bursada isə 2 aqro günəş elektrik stansiyasının (aqrovoltaik) yaradılması planlaşdırılır.

Renewables.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, ötən həftələrdə Türkiyədə ilk aqro günəş enerji sistemi istifadəyə verilib.

Xatırladaq ki, bu layihəyə pilot olaraq cari ilin əvvəlindən başlanılıb.

Qeyd edək ki, əkin sahələrinin üzərində quraşdırılmış fotovoltaik panellərinin bir çox üstünlükləri var:

  • suvarma sistemlərinin enerji təchizatı;

  • əkin sahələrinə gələn günəş radiasiyasının səviyyəsinin məhdudlaşdırılması;

  • ilk növbədə məhsulun 70 %-ə qədər böyüməsinə təsir edən optimal kölgələmə sisteminin formalaşması və s.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *