Türkiyənin İzmir şəhərində 20 MVt gücündə geotermal enerji təsisi və onun elektrik ehtiyacını qarşılamaq üçün, hər biri 5 MVt gücündə olan günəş və külək elektrik stansiyaları inşa ediləcək.
“Berpaolunanenerji.az” türk mətbuatına istinadən xəbər verir ki, hibrid elektrik stansiyasını ölkənin “Karen Kahramanmaraş Elektrik” şirkəti inşa edəcək.
Layihənin dəyəri 300 milyon lirə (59 milyon manat) hesablanır.
Şirkət Türkiyənin 12 bölgəsində geotermal mənbə axtaracaq. Layihənin həyata keçməsi ilə illik 140 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək.
Rəylər (0):