Türkiyədə bu ilin ilk iki ayında bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 51 faizi ötüb.
Renewables.az Enerji və Təbii Sərvətlər Nazirliyinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, bu göstərici yanvar ayında 51,63 %, fevralda isə 51,03 % olaraq qeydə alınıb. Məlumata görə, bərpa olunan enerji mənbələri elektrik enerjisi qoyuluş gücünün 56,21 %-i təşkil edib.
2023-cü ilin sonunda 11 min 316 meqavat olan günəş enerjisi qoyuluş gücü bu ilin fevral ayının sonunda ilk dəfə 12 min meqavatı keçərək 12 min 425 meqavata yüksəlib.
Nazirliyin məlumatına görə, ötən il günəş enerjisinin qoyuluş gücündə 2 min meqavat, bu ilin ilk iki ayında isə 1109 meqavat artım qeydə alınıb.
Rəylər (0):