Türkiyənin 2035-ci ilə qədər günəş enerjisi hədəfinə çatması üçün 30 milyard dollar investisiya tələb olunur

image

Türkiyə Milli Enerji Planına görə, 2035-ci ildə ölkədə günəş elektrik stansiyalarının qoyuluş gücünü 53 min meqavata (53 qiqavat) çatdırmaq hədəfi var.

Renewables.az "Bloomberg HT"yə istinadən xəbər verir ki, bunun üçün 30 milyard dollardan çox investisiya tələb olunur.

Türkiyədə günəş elektrik stansiyaları 2013-cü ildən qurulmağa başlayıb. Günəş enerjinin qoyuluş gücü isə 10 il ərzində 11 min meqavata çatıb. 

Bildirilir ki, günəş enerjisinin ümumi qoyuluş gücündəki payı 10 faiz, ümumi istehsalda isə 4-5 faiz arasıdır. 53 qiqavat günəş enerjisi gücünə çatmaq günəş enerjisi istehsalını 10 faizə qədər artıracaq. Bunun üçün hər il 3500 meqavat günəş enerjisi gücü istifadəyə verilməlidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *