Türkiyənin Konya bölgəsində inşa olunan və ölkənin ən böyük günəş elektrik stansiyası (GES) “Karapınar” GES-də inşa işləri davam edir.
“Berpaolunanenerji.az” “Anadolu”ya istinadən xəbər verir ki, GES-in qoyuluş gücü 1 348 meqavatt olacaq. Stansiyada 3,5 milyon günəş paneli qurulacaq. Hazırda 628 meqavattlıq güc tamamlanıb.
Stansiya tam istismara verildikdə 2,5 milyon insanın elektrik enerjisi ehtiyacını qarşılayacağı gözlənilir.
Qeyd edək ki, stansiya Türkiyənin və Avropanın ən böyük, dünyanın isə beşinci ən böyük günəş elektrik stansiyası olacaq. Sahəsi 2 600 futbol meydançasına bərabər olacaq stansiya Türkiyədə günəş enerjisinin payını 20 faizə çatdıracaq. Stansiyanın inşası bu ilin sonunda, dekabr ayında tamamlanacaq.
Stansiya illik 2 milyon ton karbon emissiyasının qarşısını alacaq.
Rəylər (0):