Türkiyənin Elazığ ərazisində yerləşən Keban anbarı üzərində ölkənin ilk üzən günəş fotovoltaik sistemi Kuzova üzən günəş elektrik stansiyası (GES) istifadəyə verilib.
Renewables.az TRT Haber-ə istinadən xəbər verir ki, üzən GES 1 meqavat gücündədir və illik 1 milyon 806 min kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.
Üzən günəş sistemi 1840 günəş panelindən ibarətdir.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə kiçik güclü üzən GES-lər dava əvvəl də quraşdırılsa da elektrik enerjisi sisteminə qoşulmayıb.
Rəylər (0):