Texnoloji dəyişikliklər, geoiqtisadi meyllər və yaşıl enerjiə keçid insanların dolanışıq vasitələri üçün böyük risklər yaradır və əmək bazarlarını əsaslı şəkildə dəyişdirir.
Renewables.az Dünya İqtisadi Forumuna (World Economic Forum) istinadən xəbər verir ki, insanlara öz potensiallarını həyata keçirmək və inkişaf etmək şansı verilməsini təmin etməklə daha ədalətli bir dünya yaratmaq üçün insan kapitalına təcili investisiya lazımdır.
Hesabatda bildirilib ki, 2030-cu ilə qədər enerji keçidi təmiz enerji, səmərəlilik və aşağı emissiya texnologiyaları sayəsində 30 milyon yeni iş yeri yaradacaq. Ancaq “yaşıl iş” yerləri hələ də tam dolmayıb. COP28-də liderlər 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq barədə razılığa gəldilər, lakin bu ambisiya mövcud istedad fondunu geridə qoyur. 2023-cü ildə yaşıl bacarıqlara sahib insanların sayı 12 % artdığı halda onların tələb olunduğu iş yerlərinin sayı 22 % artıb. Əmək bazarında yaşıl bacarıqlara olan tələb yalnız 5 ildən sonra təklifi üstələyəcək.
Enerji keçidinin yaratdığı iş yerləri mühəndislik və dayanıqlı dizayndan tutmuş marketinq, maliyyə xidmətləri və nəqliyyata qədər geniş spektrli bacarıqlardan istifadə edəcək.
Rəylər (0):