Yanvar ayında elektrik enerjisi istehsalı artıb

image

2023-cü ilin yanvar ayında Azərbaycanda 2 milyard 602,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1 % çoxdur.

"Renewables.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 2 milyard 532,0 milyon kVt-saat təşkil edib ki, bu da 8,2 % çoxdur.

Qeyd edək ki, yanvar ayında günəş enerjisi istehsalı 3,8 milyon kVt-saat (21,9 % çox), hidroenerji istehsalı 64,1 milyon kVt-saat (14,9 % az), külək enerjisi istehsalı 4,6 milyon kVt-saat (31,3 % az) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *