Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 28,85 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
"Renewables.az"ın operativ məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici 2022-ci ilin yanvar ayı ilə müqayisədə 0,32 milyon kVt-saat, yaxud 1,1 % azdır.
Qeyd edək ki, 2023-cü ilin yanvarında Muxtar Respublikanın su elektrik stansiyalarında elektrik enerjisi istehsalı 13,29 % artıb. Həmçinin günəş elektrik stansiyalarında enerji istehsalı da 19,41 % artıb.
Rəylər (0):