Yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisi istehsalı artıb

image

2022-ci ilin yanvar-fevral ayları üzrə elektrik enerjisinə dair məlumatlara əsasən, fevral ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2331,2 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 138,8 mln. kVt-saat, yaxud 6,3 % artması deməkdir.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın Günəş Elektrik Stansiyalarında  (GES) 7,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu ilin yanvar-fevral aylarında GES-lərdə elektrik enerjisinin istehsalı Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 7,1 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *