Elektrik enerjisi istehsalında günəş enerjisinin payı nüvə enerjisi payının 2 qatına çatdı.
2020-ci ildə ölkənin elektrik istehsalında bərpa olunan enerji mənbələrin payı ilk dəfə 20%-i keçib. Yaponiya Dayanıqlı Enerji Siyasətləri İnstitutunun (ISEP) hesablamalarına görə, ötən il elektrik istehsalında bərpa olunan enerji mənbələrin payı 20,8%-ə çatıb. Bu göstərici 2019-da 18,5%; 2014-cu ildə isə 12,1% idi.
Bərpa olunan enerji mənbələrinin payında günəş, ilk dəfə hidroenerjini də geridə buraxdı və ölkənin enerji istehsalında 8,5%-lik paya sahib olaraq lider bərpa olunan enerji mənbəyi oldu.
Hesablamalara görə, hidroenerjinin payı 7,9%, bioenerjinin 3,2%, külək enerjisinin 0,86%, geotermal enerjinin isə 0,25% olub.
Qeyd edək ki, IRENA-nın hesabatına əsasən, ötən ilin sonunda, Yaponiyada bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 101,370 MVt; günəş enerjisinin qoyuluş gücü isə 67 qeqavat təşkil edib.
Ölkənin Ətraf Mühit Nazirliyi ölkənin istixana qazı emissiyası hesabatını yayımlayıb. Məlumatlara görə, 2019-cu ildə istixana qazı emissiyası 1,212 milyon ton karbon dioksidə bərabər olub və 2018-ci illə müqayisədə 2,9% azalıb.
Rəylər (0):