"Yaşıl İqtisadiyyat Həftəsi" çərçivəsində təqdimatlar keçiriləcək

image

5 iyun Ümumdünya Ətraf Mühit Günü olduğunu nəzərə alaraq Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi 6.06-10.06 tarixlərini “Yaşıl İqtisadiyyat Həftəsi” elan etmişdir.

Yaşıl İqtisadiyyat Həftəsində Təmiz Şəhər ASC, Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Layihələrin icrası və monitorinqi şöbəsinin müdir müavini Cəbrayıl Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Su resurslarından istifadənin tənzimlənməsi sektorunun müdiri, EU4Environment layihəsinin milli əlaqələndiricisi Faiq Mütəllimov, KOBİA, Regional Layihələr ilə iş və monitorinq şöbəsinin rəhbəri Eldəniz Əmirov və Bakı Nəqliyyat Agentliyi, Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə təqdimat ilə çıxış edəcək və müvafiq qurumların yaşıl iqtisadiyyat fəaliyyətləri ilə bağlı məlumat verəcəklər. 

Tədbir Zoom üzərindən keçiriləcək və Facebook üzərindən canlı yayımlanacaq. Tədbirimizdə hər birinizi görməkdən məmnunluq duyarıq.

Yaşayacağımız sadəcə bir dünya var və maariflənərək dünyamızı qorumaq və gələcək nəsillərə daha yaşanılacaq bir dünya miras qoymaq hamımızın vəzifəsidir.

Ümumdünya Ətraf Mühit Günümüz mübarək!


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *