İllərdir vətəndaş müharibəsi ilə mübarizə aparan Yəməndə elektrik enerjisinin probleminin həlli istiqamətində görülən işlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) maliyyəsi ilə Ədən şəhərində günəş elektrik stansiyası (GES) istifadəyə verilib.
Renewables.az Yəmənin rəsmi agentliyi SABA-ya istinadla xəbər verir ki, ölkənin sənaye tipli ilk GES-inin qoyuluş gücü 120 MVt-dır.
Baş nazir Əhməd Avad bin Mübarək açılış mərasimindəki çıxışında BƏƏ tərəfindən maliyyələşdirilən layihənin “Yəməndə ən mühüm strateji bərpa olunan enerji layihələrindən biri” olduğunu bildirib. Mübarək ölkənin bəzi şəhərlərində də oxşar elektrik stansiyaları qurmaq istədiklərini bildirib. Stansiya 1 milyon 600 min kvadratmetr sahədə tikilib və quraşdırma işlərinə 211 mindən çox günəş paneli daxildir.
Qeyd edək ki, stansiya 2022-ci ilin dekabrında BƏƏ-nin "Masdar" şirkəti ilə hökumət arasında imzalanan müqaviləyə əsasən inşa olunub.
Rəylər (0):