10 ayda respublikada elektrik enerjisi istehsalı 1,2 faiz artıb

image

2023-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, 10 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 278,5 mln. kVt-saat, yəni 1,2 % artaraq 24 milyard 032,8 mln. kVt-saat olub.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, yanvar-oktyabr ayları ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 22 milyard 213,8 mln. kVt-saat, Su Elektrik Stansiyalarında (SES) 1 milyard 529,3 mln. kVt-saat, digər mənbələr üzrə isə 289,7 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında (KES) 49,1 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 58,6 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 182,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 milyard 674,6 mln. kVt-saat (İES-lərdə 20 milyard 242,1 mln. kVt-saat, SES-lərdə 1 milyard 432,5 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 402,6 mln. kVt-saat (İES-lərdə 264,7 mln. kVt-saat, SES-lərdə 84,0 mln. kVt-saat, GES-lərdə 53,9 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 37,8 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 917,8 mln. kVt-saat təşkil edib.

2023-cü ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 milyard 357,1 mln. kVt-saat, idxalı isə 190,1 mln. kVt-saat olub.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 494,2 mln. kVt-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 10,5 mln. kVt-saat, ixrac isə 519,4 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *