“Azərenerji”nin elektrik stansiyalarının istehsalı artıb

image

Bu ilin yanvar-oktyabr aylarında "Azərenerji" ASC üzrə elektrik stansiyalarında enerji istehsalı 21 milyard 674,6 milyon kVt-saat təşkil edib.

Renewables.az operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 milyon kVt-saat və ya 1,1 faiz çoxdur. 

Hesabat dövründə “Azərenerji” ASC üzrə su elektrik stansiyalarında 1 milyard 432,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib (qalanı İstilik Elektrik Stansiyalarında).


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *