2024-cü ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisini başa çatdırılacaq

image

Növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisini başa çatdıracağıq. Artıq 50 meqavatdan çox istismara verilib.

Renewables.az Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

"Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda isə demək olar ki, bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq. Yəni, bu, olduqca böyük enerji potensialıdır", - Prezident deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *