Aİ Macarıstana “yaşıl enerji” üçün 4,6 mlrd. avro ayıracaq

image

Avropa Komissiyası “yaşıl enerji”yə keçid üçün REPowerEU Avropa proqramının bir hissəsi kimi Budapeştin hazırladığı planı təsdiqləyib.

Renewables.az-ın Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, plan Avropa İttifaqı tərəfindən Macarıstana 4,6 mlrd. avro səviyyəsində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.

Xatırladaq ki, cari ilin 21 noyabr tarixində Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib. İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *