Azərbaycanda yaşıl enerji istehsalı ilk dəfə 2 milyard kVt-saatı ötüb

image

2024-cü ilin birinci yarımilində operativ məlumatlara əsasən ölkə üzrə elektrik enerjisinin istehsalı 13 mlrd. 557,4  mln. kVt-saat olub.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.

Altı ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 11 mlrd. 525,0 mln. kVt-saat, su elektrik stansiyalarında (SES) 1 mlrd. 581,1 mln. kVt-saat, digər mənbələr üzrə isə 451,3 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt-saat, günəş elektrik stansiyalarında 286,6 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 135,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1 mlrd. 081.7 mln. kVt-saat) nisbətən iki dəfəyə yaxın artaraq 2 mlrd. 032.4 mln. kVt-saat təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 mlrd. 918,9 mln. kVt-saat (İES-lərdə 10 mlrd. 452,1 mln. kVt-saat, SES-lərdə 1 mlrd. 466,8 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 224,0 mln. kVt-saat (İES-lərdə 88,0 mln. kVt-saat, SES-lərdə 105,5 mln. kVt-saat, GES-lərdə 30,5 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,9 mln. kVt-saat,  müstəqil elektrik stansiyaları üzrə isə 1 mlrd. 392,6 mln. kVt-saat təşkil edib.

2024-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 444,0 mln. kVt-saat, idxalı isə 96,4 mln. kVt-saat olub.

Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 326,0 mln. kVt-saat olub. İyun ayında elektrik enerjisinin idxalı 15,6 mln. kVt-saat, ixrac isə 17,1 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *