Azərbaycanda külək enerjisi istehsalının 74 faizi "Azərişığ"ın stansiyalarından olub

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2024-cü ilin birinci yarımilində Azərbaycanın külək elektrik stansiyalarının elektrik istehsalı 29,7 mln. kVt-saat təşkil edib.

Renewables.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 mln. kVt-saat və ya 6,4 faiz azdır.

Hesabat dövründə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 21,9 mln. kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da Respublika üzrə külək enerjisi istehsalının təxminən 74 faizinə bərabərdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *