İsmayıllıdakı KSES-lərdə ümumilikdə 50,7 mln. kVt-saat elektrik enerjisi istehsal olunub

image

Bu il “İsmayıllı-1” KSES-in istismara verilməsinin 10 ili tamam olur.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2013-cü il 14 avqust tarixində İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında ümumi gücü 1,6 MVt olan “İsmayıllı-1” KSES fəaliyyətə başlayıb.

2016-cı il 10 avqust tarixində isə ümumi gücü 1,6 MVt olan “İsmayıllı-2” KSES istismara verilib. Hər iki stansiya ayrı-ayrılıqda hər biri 0,527 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir.

“İsmayıllı-1” KSES-də 2022-ci ildə 4,0 mln. kVt-saat, 2023-cü ilin 7 ayı ərzində 2,3 mln. kVt-saat, “İsmayıllı-2” KSES-də isə 2022-ci ildə 3,7 mln. kVt-st, 2023-cü ilin 7 ayı üzrə 2,1 mln. kVt-st elektrik enerjisi istehsal edilib.

“İsmayıllı-1” və “İsmayıllı-2” KSES-lərdə istismar edildiyi tarixdən cari ilin 1 avqust tarixinədək ümumilikdə 50,7 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *