Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 26 487,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Paylaşıma görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 223 milyon kVt-saat və ya 0,8 % çoxdur.
O cümlədən, hesabat dövründə İES-lər üzrə 24 525,1 milyon kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 1 962,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Nazir qeyd edib ki, 11 ay ərzində Azərbaycan 2 752,7 milyon kVt-saat elektrik enerjisi ixrac edib, 200,8 milyon kVt-saat isə elektrik enerjisi idxal edib.
2023-cü ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ göstəricilərə əsasən, su elektrik stansiyalarından 1 636,5 mln. kVt-saat, külək elektrik stansiyalarından 54,3 mln. kVt-saat, günəş elektrik stansiyalarından 69,7 mln. kVt-saat, tullantıların yandırılmasından 201,9 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Rəylər (0):