Su Elektrik Stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi artıb

image

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1554,4 mln. kVt-saat artaraq 22855,8 mln kVt-saat olub.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə ötən ilin on ayına nisbətən elektrik enerjisinin istehsalı Su Elektrik Stansiyalarında 162,5 mln. kVt-saat artaraq 1108,9 mln. kVt-saat olub.

Su Elektrik Stansiyalarında on ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 979,0 mln. kVt-saat; Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 117,4 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *