Suqovuşandakı KSES-lər ümumilikdə 21,8 milyon kVt-saat elektrik enerjisi istehsal edib

image

2021-ci ilin bu günündə tarixində Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının (KSES) yenidənqurmadan sonra açılışı olub.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, “Suqovuşan-1” KSES ümumi gücü 4,8 MVt olmaqla, hər biri 1,6 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan, “Suqovuşan-2” KSES isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1,0 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir.

Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək hər iki stansiyada ümumilikdə 21,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *