Azərbaycanda günəş enerjisi istehsalının 91 faizi Naxçıvandan olub

GÜNƏŞ

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 36,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 mln. kVt-saat və ya 5 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə Respublika üzrə günəş enerjisi istehsalının 91 faizi Muxtar Respublikanın günəş elektrik stansiyalarından olub.


 



OXŞAR XƏBƏRLƏR