Almaniyanın Bavariya əyaləti geotermal enerjidən istifadəni 25 %-ə çatdırmağı hədəfləyir
DÜNYA
GEOTERMAL
-
03.08.2021 22:07 (UTC+04:00)
2050-ci ilə qədər Almaniyanın Bavariya əyalətində isitmə tələbinin 25 %-i geotermal enerjidən qarşılanacaq.
Bavariyanın Baş naziri Markus Zöder, hökumətin iqlim qorunması ilə bağlı bəyanatında əyalətin isitmə üçün geotermal enerji mənbələrini sürətlə inkişaf etdiriləcəyini bildirdi.
M.Zöder: “2050-ci ilə qədər Bavariya əyalətində isitmə tələbinin 25 %-i geotermal enerjidən qarşılamağı planlayırıq. Hazırda isə əyalətin isitmə ehtiyacının 0,6 %-i geotermal mənbədən qarşılanır”.