BMT: Ötən il təmiz enerjiyə investisiya 2,2 trilyon dollara çatıb (VİDEO)

DÜNYA

image

Ötən il təmiz enerji sektoruna investisiyalar 2,2 trilyon dolları ötərək qalıq yanacaqlara yönələn xərcləri iki dəfə üstələmişdir. Bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Əbu-Dabidə keçirilən 16-cı Assambleyasına videomüraciətində bildirib.

Baş katib qlobal səviyyədə bərpa olunan enerjinin getdikcə artan əhəmiyyətinə diqqət çəkərək vurğulayıb ki, təmiz enerji keçidi geri dönməzdir və dayandırıla bilməz.

“Günəş və külək enerjisi sahəsində rekord nəticələr əldə olunub. Texnologiyalar sürətlə inkişaf etsə də, mövcud infrastruktur bu sürəti tutmaqda çətinlik çəkir”, – deyə o əlavə edib.

Quterreş çıxışını beynəlxalq ictimaiyyəti təmiz, təhlükəsiz və qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfi ilə uzlaşan enerji sistemlərinin yaradılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırmaqla yekunlaşdırıb.



OXŞAR XƏBƏRLƏR