Dünyada bərpa olunan enerji sənayesində işləyənlərin 32 faizi qadınlardır

8 mart 2024, 18:49 (UTC+4)
DÜNYA
EDITOR
image

Dünyada bərpa olunan enerji sənayesində işləyənlərin 32 faizi qadınlardır.

Renewables.az-ın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə (IRENA) istinadla xəbərinə görə, günəş enerji sənayesi qadınların payına görə ən böyük bərpa olunan enerji sənayesidir.

Qlobal günəş sektorunda işləyənlərin 40 %-ni qadınlar təşkil edir (təxminən 1,68 milyon nəfər). Günəş sənayesində çalışan qadınlar daha çox administativ, texniki, STEM və idarəetmə vəzifələrində işləyir.

Külək enerjisi sənayesində isə bu rəqəm 21 %-ə bərabərdir (300 minə yaxın).

Ədalətli enerji keçidini sürətləndirmək üçün gender bərabərliyi vacibdir. Qadınlara enerji sənayesində karyera yollarına bərabər çıxış imkanı verməklə, daha geniş istedad ehtiyatı əldə etmək üçün səylər göstərilməlidir.