“Masdar”ın Səudiyyə Ərəbistanında inşa etdiyi KES şəbəkəyə qoşulub
DÜNYA
KÜLƏK
-
12.09.2021 14:43 (UTC+04:00)
“Masdar” və "EDF Renewables" tərəfindən Səudiyyə Ərəbistanında inşa edilən 400 MVt gücündəki “Dumat-əl-Candal” Külək Elektrik Stansiyası (KES) şəbəkəyə qoşulub.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə “Masdar” açıqlama yayıb.
Səudiyyə Ərəbistanının ilk iri miqyaslı, Orta Şərqin isə ən böyük külək elektrik stansiyası ölkənin Əl-Cauf bölgəsində yerləşir. Stansiyanın 70 minə qədər evin elektrik ehtiyacını qarşılayacağı gözlənilir.
Stansiyada Danimarkanın külək turbini istehsalçısı “Vestas”ın 2 MVt gücündəki 99 ədəd V150-4 model turbinlərindən istifadə edilib.
Qeyd edək ki, “Masdar” və "EDF Renewables", 500 milyon dollar dəyərindəki layihəni Bərpaolunan Enerji Layihə İnkişafı Ofisi (REPDO) tərəfindən 2019-cu ildə elan edilən tenderdə 21,3 dollar/meqavat-saat təkliflə qalib gəlmişdi. Əlavə edək ki, daha sonra qiymət 19,9 dollar/meqavat-saata endirilmişdi.