"Shell" Niderlandda Avropanın ən böyük bioyanacaq təsislərindən birini quracaq
25 sentyabr 2021,
12:21 (UTC+4)
DÜNYA
•
BİOENERJİ
Dünyanın lider neft-qaz şirkətlərindən biri Shell, Niderlandda, ildə 820 min ton bərpaolunan yanacaq istehsal edən bioyanacaq təsisi inşa edəcək.
Bu barədə “Berpaolunanenerji.az” şirkətin saytına istinadən xəbər verir.
Bioyanacaq təsisinin 2024-cü ildə istehsala başlayacağı planlaşdırılır. Təsis ildə 2,8 milyon ton karbon emissiyasının qarşısını alacaq ki, bu da ildə 1 milyon avtomobildən çıxan karbon qazı tullantısına bərabərdir.