2021-ci ildə bərpa olunan enerjiyə çəkilən xərclər 8,5 % artacaq ‒ PROQNOZ

image

Qlobal miqyasda bərpa olunan enerjiyə çəkilən investisiya xərcləri sürətlə artaraq, neft-qaz sahəsinə çəkilən xərclərə yaxınlaşır.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə "ComprarAcciones.com" tərəfindən analiz edilib yayımlanan araşdırmada bildirilir.

Proqnoza görə, 2021-ci ildə bərpa olunan enerjiyə çəkilən xərclər ötən ilə nisbətən 8,5 % artaraq (2020-ci ildə çəkilən xərc 224 milyard dollar) 243 milyard dollara çatacaq. Bunun əksinə, neft-qaz sahəsinə çəkilən xərclər isə ötən ilə nisbətən 1,6 % artaraq (2020-ci ildə çəkilən xərc 306 milyard dollar) 311 milyard dollara çatacaq.

Bu baxımdan bərpa olunan enerji xərcləri (investisiya) neft və qaz xərclərindən 22 % az olacaqdır.

Dünyanın ən böyük neft şirkəti "Saudi Aramco", 2021-ci il neft-qaz yatırımlarını ötən illə müqayisədə 10 milyard dollar daha az, 35 milyard dollar olacağını təxmin edir. Şirkət gəlir hesabatında 2020-ci ildə 44 % azalma olduğunu açıqlayıb.

2020-ci ildə neft-qaz sahəsinə çəkilən xərclər 306 milyard dollar olarkən, bərpa olunan enerjiyə çəkilən xərclər 224 milyard dollar təşkil edib.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *