"Ember" analitik mərkəzinə görə, Böyük Britaniyada külək, günəş və hidroenerjidən əldə edilən bərpa olunan enerji bu il ilk dəfə olaraq qalıq yanacaqlardan daha çox elektrik enerjisi istehsal edəcək.
Renewables.az FT-yə istinadən xəbər verir ki, cari ilin qalan hissəsi üçün hasilat məlumatlarını və proqnozları özündə əks etdirən araşdırmaya görə, "yaşıl trio" bu il istehsal olunan elektrik enerjisinin təxminən 37 faizini, qalıq yanacaqlar isə 35 faiz təşkil edəcək.
"Ember"in təhlilinə görə, 2024-cü ildə Böyük Britaniyada elektrik enerjisi istehsalının 29,34 faizini külək enerjisi, 30,4 faizi isə qazla işləyən elektrik stansiyalarının payına düşəcək.
Analitik mərkəz hesab edir ki, elektrik enerjisinin 0,9 faizi kömürdən, 3,26 faizi tullantı və ya neft kimi digər qalıq yanacaqlardan, 5,3 faizi günəşdən və 14,2 faizi bioenerjidən olub.
Qeyd edək ki, Böyük Britaniya sonuncu kömür elektrik stansiyasını bu ilin sentyabr ayının sonunda bağlayıb.
Rəylər (0):