2021-ci ildə bərpaolunan enerji istehsalı üzrə fərqlənən ölkələrin adları açıqlanıb

image

"Utility Bidder" tərəfindən dünyanın ən çox təmiz enerji istehsal edən ölkələrin adları açıqlanıb.

Bu barədə "Berpaolunanenerji.az" "euronews green"ə istinadən xəbər verir.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) statistikasına əsaslanaraq hazırlanan siyahıya Norveç başçılıq edir.

Belə ki, ölkənin elektrik enerjisinin 56 faizi bərpaolunan enerji mənbələrindən istehsal edilir. Bunun 45 faizi isə hidroenerjinin payına düşür.

Siyahıda Norveçi, Braziliya və Yeni Zelandiya izləyir.

Bioyanacaq və bərpaolunan tullantı enerjisində lider olan Braziliyada bu mənbələr, ümumi enerji istehsalının 32 faizini təşkil edir.

Yeni Zelandiyada isə bərpaolunan enerji istehsalı ümumi istehsalın 42 faizini təşkil edir. Külək və günəş enerjisinin 25 faiz payı olan ölkə, bu mənbələr üzrə dünyada birincidir.


 

Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *