2021-ci ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2408,9 mln. kVt/saat, ixracı 233,9 mln. kVt/saat, idxalı 10,4 mln. kVt/saat olub.
"Berpaolunanenerji.az"ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 mln. kVt/saat, ixrac 146,1 mln. kVt/saat artıb, idxal isə 0,3 mln. kVt/saat azalıb.
Cari ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1843,4 mln. kVt/saat artaraq 25264,8 mln kVt/saat olub.
Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 180,4 mln. kVt/saat artaraq 1193,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9,0 mln. kVt/saat azalaraq 307,1 mln. kVt/saat olub.
Külək elektrik stansiyalarında 82,7 mln. kVt/saat, günəş elektrik stansiyalarında 51,9 mln. kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 172,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
11 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22686,5 mln. kVt/saat (SES-lərdə 1053,7 mln. kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 418,0 mln. kVt/saat (SES-lərdə 126,5 mln. kVt/saat, GES-də 48,1 mln. kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 60,3 mln. kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 2100,0 mln. kVt/saat təşkil edib.
2021-ci ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 1389,5 mln. kVt/saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400,5 mln. kVt/saat artıb.
Bu dövrdə elektrik enerjisinin idxalı 141,0 mln. kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,3 mln. kVt/saat artıb.
Rəylər (0):