Azərbaycan Respublikasının hökumət missiyasının Maldiv Respublikasına səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Invest Maldives” İnvestisiyaların Təşviqi Agentliyi arasında görüş keçirilib.
Renewables.az bu barədə AZPROMO-ya istinadən xəbər verir.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev daşınmaz əmlak, “yaşıl” enerji, turizm və nəqliyyat sektorlarında əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. “Invest Maldives” Agentliyinin baş direktoru Nuha Mohamed Riza isə Maldiv adalarının investisiya potensialı, xüsusilə turizm və "yaşıl" enerji sektorlarındakı üstünlüklər, eləcə də Azərbaycan şirkətlərinin Maldiv adalarına investisiya yatırması üçün mövcud olan imkanlar barədə danışıb.
Rəylər (0):