Türkiyə, İstanbul şəhərinin mövcud binalarında bərpa olunan enerjiyə keçidi təmin edən “procuRe” layihəsindən müsbət cavab aldı.
"Berpaolunanenerji.az" Enerji Portalına istinadən xəbər verir ki, İstanbulun da aralarında olduğu 6 şəhər üçün layihə çərçivəsində 8 milyon avro xərclənəcək. İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) bərpa olunan enerjinin ilk addımını "İSMEK" binasında atacaq.
İBB-nin aprel ayında "Avropa Birliyinin Üfüq 2020" proqramı çərçivəsində müraciət etdiyi layihədə Barselona (İspaniya), Nürnberq (Almaniya), Velenye (Sloveniya), Elad (İsrail) və Porto (Portuqaliya) şəhərlərinin də adı var. Layihə ilə məşğul olacaq qurumlar seçdikləri binaların isitmə və soyutma sistemləri bərpa olunan enerjiyə çevriləcək.
Rəylər (0):