"Azərbaycanda istilik effekti yaradan qazların emissiyalarının azaldılmasına yönələn müəyyən işlər artıq görülməkdədir. Ölkənin alternativ enerji sahəsində geniş potensialı mövcuddur. Bunu nəzərə alaraq ölkə yaxın gələcəkdə - 2030-cu ilə qədər alternativ enerji mənbələrinin payının 30 faizə qədər artmasını hədəfləyib".
Renewables.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib.
"Eyni zamanda, 2050-ci ilə qədər ölkənin Paris Sazişi ilə bağlı yeni hədəfləri konvensiyanın sədrliyinə təqdim olunub. Bu da istilik effekti yaradan qazların emissiyalarının 40 faizə qədər azaldılmasına dair öhdəliyimizdir", - deyə U.Tağıyeva bildirib.
Rəylər (0):