ABŞ-ın bərpaolunan şirkəti olan "Hecate Independent Power Ltd" (HIP) və Birləşmiş Krallığın "Independent Power Corporation" şirkəti 30 mlrd. ABŞ dolları dəyərindəki nəhəng dənizdə külək layihəsinə start verdi.
"Berpaolunanenerji.az"ın məlumatına görə, "HIP Atlantic" adlandırılan layihə 10,000 MVt qoyuluş gücünə sahib olacaq və Şimali Atlantika sularında inşa ediləcək. Layihə çərçivəsində həm üzən həm də sabit külək turbinləri quraşdırılacaq.
İstehsal edilən enerji sualtı kabellər vasitəsi ilə İngiltərənin elektrik şəbəkəsinə bağlanacaq. Hər külək turbini 1,000 MVt gücündə olacaq və fərqli ərazilərdə quraşdırılacaq.
Rəylər (0):