ABŞ rəsmisi: "Biz istəyirik ki, bərpaolunan enerjinin payı artsın"

image

“Bakı gözəl şəhərdir və burada çox gözəl vaxt keçirdim”.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu keçirdiyi brifinqdə ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stitt deyib.

“Oklahoma ştatında çoxlu neft-qaz kəmərləri var. Biz istəyirik ki, enerji mənbələrimizi şaxələndirək, bərpaolunan enerjinin payı artsın. Hazırda istifadə etdiyimiz enerjinin 40%-i külək enerjisidir. Bu il bizim ştatda havalar bir qədər soyuq keçdi və ştatın bəzi hissəsi işıqsız qaldı. Əmin olduq ki, bu sahə şaxələndirilməlidir. Azərbaycanın da bu istiqamətdə atdığı addımlar var və biz bunu yüksək qiymətləndiririk. Ölkə başçısı ilə də görüşdə də bunu müzakirə etdik. Hətta prezident mənə dedi ki, Azərbaycan elektrik enerjisinin ixracatçısına çevrilmək istəyir. Bizim də bu sahədə təcrübəmiz var və onu bölüşmək istəyirik", - deyə qubernator qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *