Səudiyyə Ərəbistanı Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırır, bu ölkədəki bir sıra şirkətlər də əməkdaşlıq imkanlarına dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparır.
Renewables.az xəbər verir ki, bu barədə "Report"a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli məlumat verib.
“Məsələn, “ACWA Power” Azərbaycana investisiyaların genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bundan əlavə, Səudiyyə Ərəbistanının bir sıra şirkətləri ölkənizlə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Biz bu cür əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək üçün SOCAR ilə danışıqlar aparırıq”, - səfir vurğulayıb.
Rəylər (0):