Özbəkistan və Səudiyyə Ərəbistanının Energetika nazirlikləri Qaraqalpaqıstanda 1,5 QVt gücündə külək elektrik stansiyasının tikintisi, Özbəkistanın enerji kompleksinə 10 milyard dollar sərmayə qoymaq niyyətləri və ölkədə yaşıl hidrogen istehsalının yaradılması üzrə tədqiqatlar haqqında sazişlər imzalayıblar.
"Berpaolunanenerji.az" bu barədə "ACWA Power"ə istinadən xəbər verir.
Özbəkistan Energetika Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Özbəkistan və Səudiyyə Ərəbistanının energetika nazirlikləri, eləcə də Səudiyyə şirkətləri 12 milyard dollar dəyərində üç əsas inkişaf sazişi imzalayıblar. Təkcə külək elektrik stansiyasının inşasına 2,4 milyard dollar investisiya qoyulacaq.
Rəylər (0):